UNEC-in son dövrlərdə beynəlxalq aləmdə təhsil və elm sahəsində artan nüfuzunu nəzərə alaraq, MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleya Şurasının təsis etdiyi “Dialoq: siyasət, hüquq, iqtisadiyyat” elmi jurnalı professor Z.Məmmədovu jurnalın redaksiya heyətinin üzvlüyünə qəbul edib.
Beynəlxalq jurnalda siyasət, iqtisadiyyat və hüquqi mövzularda elmi məqalələr nəşr edilir. Jurnal eyni zamanda Rusiya Federasiyası AAK-ın dissertasiyalarının əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.