Nurlu gözlərin xeyirxah işığı

UNEC-in Zaqatala filialında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım  Əliyevanın 94 illik yubileyinə həsr olunan “Nurlu gözlərin xeyirxah işığı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra filialın direktoru, professor Orucəli Rzayevə görkəmli alim, akademik Zərifə Əliyevanın zəngin, mənalı həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Bu baxımdan oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi akademikin adı ilə bağlıdır.

Konfransda filialın müəllimləri Bahar İsmayılova  “Nurlu gözlərin xeyirxah işığı” və Rəna Əliyeva  “Nəciblik və paklıq timsalı” adlı məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda akademik Zərifə Əliyeva haqqında sənədli film nümayiş etdirilib.

1724 1