UNEC Ömürboyu Təhsil Mərkəzinin

ƏSASNAMƏSİ

 

 1.Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə UNEC Ömürboyu Təhsil Mərkəzinin hüquqi statusunu, vəzifələrini və funksiyalarını, maliyyələşdirilmə qaydasını, habelə işinin təşkili, Mərkəzin yenidən təşkili və ləğv edilməsi qaydasını müəyyən edir.

1.2. UNEC Ömürboyu Təhsil Mərkəzi UNEC-in Elmi Şurasının 07.04.2021 tarixli iclasının EŞ177 saylı qərarı ilə “UNEC Fasiləsiz Təhsil Mərkəzi” olaraq yaradılmışdır. 16 İyun 2021-ci il tarixində mərkəzin adı UNEC-in Elmi Şurasının EŞ179 saylı qərarı ilə “UNEC Ömürboyu Təhsil Mərkəzi” olaraq dəyişdirilmişdir.

1.3. Ömürboyu Təhsil Mərkəzi UNEC-in hazırlıq, ömürboyu təhsil proqramlarını həyata keçirən,  eləcə də beynəlxalq yay məktəblərini təşkil edən tədris struktur bölməsidir. Ömürboyu Təhsil Mərkəzi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi, UNEC Nizamnaməsi və daxili normativ aktları, eləcə də bu Əsasnamənin əsasında həyata keçirir.

1.4. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətini UNEC-də müəyyən edilmiş prorektorların vəzifə bölgüsünə uyğun olaraq Rəqəmsallaşma üzrə prorektor (bundan sonra: prorektor) koordinasiya edir.

1.5. Ömürboyu Təhsil Mərkəzinin isçilərinin əmək şəraiti hər bir işçi ilə bağlanan əmək müqaviləsi, eləcə də UNEC-in daxili intizam qaydaları və digər daxili normativ aktları ilə tənzimlənir.

1.6. Mərkəzin tam adı “UNEC Ömürboyu Təhsil Mərkəzi”, qısaldılmış adı isə “UNEC ÖTM”-dir.

1.7. Ömürboyu Təhsil Mərkəzinin sənədlərinə çıxış hüququna onun işçilərindən başqa, rektor, prorektor, eləcə də mərkəzin fəaliyyətini yoxlamaq səlahiyyəti olan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər şəxslər malikdirlər.

1.8. Ömürboyu Təhsil Mərkəzi ona həvalə olunmuş funksiyaları yerinə yetirmək üçün üzərində UNEC-in tam və qısaldılmış adı, eləcə də Mərkəzin tam adının əks etdirən dairəvi möhürə malikdir.  

1.9. Ömürboyu Təhsil Mərkəzi UNEC-in korporativ saytı (portalı) daxilində bu Əsasnamənin 2-ci bölməsinə uyğun olaraq onun fəaliyyəti haqqında aktual məlumatları təqdim edən internet səhifəsinə (saytına) malikdir.

1.10. Ömürboyu Təhsil Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq UNEC Elmi Şurasının qərarı ilə həyata keçirilir.

1.11. UNEC Elmi Şurasının qərarı UNEC Rektorunun əmri ilə rəsmiləşdirilir.

1.12. Bu Əsasnamə və ona edilən dəyişikliklər UNEC Elmi Şurası tərəfindən təsdiq edilir.

 

2. Ömürboyu Təhsil Mərkəzinin əsas vəzifələri və funksiyaları

 

2.1. Ömürboyu Təhsil Mərkəzinin əsas vəzifələri aşağıdakılardır:

2.1.1. əcnəbilər üçün hazırlıq proqramları da daxil olmaqla, UNEC tərəfindən təqdim edilən və Əlavə N1-də göstərilən bütün hazırlıq, eləcə də ömürboyu təhsil proqramları üzrə dinləyicilər üçün yüksək keyfiyyətli tədrisin təşkil edilməsi;

2.1.2. dinləyicilərdə idraki fəaliyyət və müstəqil iş vərdişlərinin inkişaf etdirilməsi;

2.1.3. dinləyicilərin ali təhsilin əsas tədris proqramları üzrə təhsil almaq üçün adaptasiya olunması;

2.1.4. UNEC tərəfindən həyata keçirilən hazırlıq proqramları çərçivəsində tədris prosesinin metodiki və təşkilati təminatı;

2.1.5. UNEC-in filiallarında və Azərbaycan Respublikasının bölgələrində UNEC tərəfindən həyata keçirilən hazırlıq proqramları üzrə tədrisin təşkili.

2.1.6 UNEC tərəfindən təqdim edilən beynəlxalq yay məktəblərinn təşkili.

2.1.7. UNEC Ömürboyu Təhsil Mərkəzinin tərkibində qurulan laboratoriya və tədqiqat mərkəzlərinin fəaliyyətinin təşkili

2.2. UNEC Ömürboyu Təhsil Mərkəzi aşağıdakı funksiyaları yerinə yetirir:

2.2.1. dinləyiciləri orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarına hazırlayır;

2.2.2. dinləyiciləri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına hazırlayır;

2.2.3. Dövlət İmtahan Mərkəzinin xətti ilə göndərilən dinləyiciləri UNEC-in fakültələrindən birinə bakalavriat səviyyəsində daxil olmaq üçün hazırlayır;

2.2.4. dinləyiciləri ali təhsil müəssisələrinin magistratura səviyyəsinin qəbul imtahanlarına hazırlayır;

2.2.5. dinləyiciləri ali təhsil müəssisələrinə daxil olmaq üçün əlavə sınaq imtahanlarına və yaradıcılıq müsabiqələrinə hazırlayır;

2.2.6. dinləyiciləri dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara hazırlayır (Müəllimlərin işə qəbulu, Dövlət Qulluğuna hazırlıq, Vergi orqanlarına işə qəbul imtahanına hazırlıq);

2.2.7. müxtəlif peşə hazırlığı kursları təşkil edir (mühasibat üçotu, xarici dil)

2.2.8. dinləyicilər üçün olimpiadalarda iştiraka yönəlik proqramlar üzrə tədrisi təşkil edir;

2.2.9. UNEC-in filiallarında hazırlıq proqramlarının tədrisini təşkil edir;

2.2.10  müxtəlif sertifikat proqramları hazırlayır və təqdim edir;

2.2.11 yaşlılar üçün müxtəlif təhsil proqramları hazırlayır və təqdim edir;

2.2.12 korporativ təhsil proqramları, o cümlədən mini ixtisas proqramları və qısa və intensiv kurslar hazırlayır və təqdim edir;

2.2.13 hazırlıq və ömürboyu təhsil proqramlarını əyani, məsafədən (distant qaydada), hibrid formada təşkil edir, eləcə də adaptiv tədris metodikasını tətbiq edir;

2.2.14 təqdim etdiyi proqramlar və beynəlxalq yay məktəbi üzrə təbliğat və təşviqat işlərini həyata keçirir və dinləyici cəlb edilməsini təmin edir.

2.2.15. tərkibində formalaşan maliyyə laboratoriyaları ilə korporativ, fərdi treninqlərin təşkilini, müvafiq sahə ilə bağlı tədqiqatların aparılmasını təmin edir.

****

3. Ömürboyu Təhsil Mərkəzin işinin təşkili

 

3.1. Ömürboyu Təhsil Mərkəzinin strukturu və ştat cədvəli prorektorun təqdimatı üzrə UNEC rektoru tərəfindən təsdiqlənir.

3.2. Ömürboyu Təhsil Mərkəzinə UNEC rektoru tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.

3.3. Ömürboyu Təhsil Mərkəzinin direktoru:

3.3.1. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətinə birbaşa rəhbərlik edir və Ömürboyu Təhsil Mərkəzinə həvalə olunmuş vəzifələrin və funksiyaların icrasına cavabdehdir;

3.3.2. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə, UNEC-in Nizamnaməsinə və daxili normativ aktlarına əməl olunmasını, UNEC rəhbər orqanlarının qərarlarının, UNEC-in əmr və sərəncamlarının, eləcə də UNEC rəhbərliyinin göstərişlərinin yerinə yetirilməsini təmin edir;

3.3.3. iş yerlərində yüksək məhsuldarlıqlı və keyfiyyətli əmək üçün optimal şəraitin yaradılmasını təmin edir;

3.3.4. işçilərin Azərbaycan Respublikası qanunvericiliyinə, UNEC-in Nizamnaməsinə və daxili normativ sənədlərinə, o cümlədən UNEC-in daxili intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə nəzarət edir;

3.3.5. UNEC tərəfindən bağlanmış mülki hüquqi müqavilələr üzrə öhdəliklərin, o cümlədən həmin müqavilələr üzrə Ömürboyu Təhsil Mərkəzinin işçiləri və cəlb edilmiş mütəxəssislər tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsini təmin edir;

3.3.6. UNEC rəhbərliyinə Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması, işinin səmərəliliyinin artırılması, mərkəzin aid ştat cədvəlində, habelə işçilərinin işə qəbulu, başqa işə keçirilməsi, işdən çıxarılması, həvəsləndirilməsi və inzibati tənbeh tədbirlərinin tətbiqi barədə təkliflər verir;

3.3.7. Ömürboyu Təhsil Mərkəzin işçilərinin vəzifə öhdəliklərini müəyyənləşdirir və təsdiq üçün UNEC rəhbərliyinə təqdim edir;

3.3.8. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda UNEC-i təmsil edir;

3.3.9. Ömürboyu Təhsil Mərkəzi tərəfindən yerinə yetirilən xidmətlərə (işlərə) görə UNEC-ə pul vəsaitlərinin daxil olmasını təmin edir;

3.3.10. UNEC-in korporativ internet saytı (portalı) daxilində Ömürboyu Təhsil Mərkəzinin internet səhifəsində (saytında) mərkəzin məlumatlarının yerləşdirilməsinə və yenilənməsinə nəzarət edir;

3.3.11 Ömürboyu Təhsil Mərkəzində müəyyən edilən qaydada kargüzarlıq işlərinin aparılmasını təmin edir;

3.3.12 UNEC-in daxili normativ aktlarına və bu Əsasnaməyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

3.2.13. UNEC ÖTM-in daxilində yaradılan laboratoriya və tədqiqat mərkəzlərinin işlərinə nəzarət edir.

3.4. Ömürboyu Təhsil Mərkəzinin direktoru aşağıdakılara görə məsuliyyət daşıyır:

3.4.1. Bu Əsasnamədə göstərilən Ömürboyu Təhsil Mərkəzin vəzifə və funksiyaların keyfiyyətsiz yerinə yetirilməsi və vaxtında yerinə yetirilməməsi, UNEC rəhbər orqanlarının qərarlarının, UNEC-in əmr və sərəncamlarının və UNEC rəhbərliyinin göstərişlərinin tam və vaxtında yerinə yetirilməməsi;

3.4.2. özünün əmək vəzifələrini yerinə yetirməməsivə ya lazımınca yerinə yetirməməsi;

3.4.3 UNEC-ə maddi ziyan vurması;

3.4.4. əmək funksiyalarını yerinə yetirərkən hüquq pozuntusu törədilməsi;

3.4.5. verilmiş səlahiyyətlərin hüdudlarını aşmaq;

3.4.6. Ömürboyu Təhsil Mərkəzin fəaliyyəti haqqında məlumat və sənədlərin qeyri-dəqiqliyi, vaxtında hazırlanmaması və UNEC idarəetmə orqanlarına təqdim edilməməsi;

3.4.7. konfidensial məlumatların, kommersiya sirlərinin açıqlanması;

3.4.8. yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının, UNEC-in daxili intizam qaydalarının pozulması;

3.4.9. Ömürboyu Təhsil Mərkəzində kargüzarlıq işlərinin UNEC-in daxili qaydalarına uyğun olaraq təşkili və aparılması üçün tədbirlər görülməməsi;

3.4.10. Azərbaycan Respublikasının qanunvericiliyi və (və ya) UNEC-in daxili normativ aktları ilə nəzərdə tutulmuş digər hallara görə.

3.5. Ömürboyu Təhsil Mərkəzində tədris müvafiq imtahan, eləcə də əlavə sınaq imtahanlarının tələbləri nəzərə alınmaqla UNEC tərəfindən hazırlanan və müvafiq qaydada təsdiq edilən tədris planlarına, proqramlarına və materiallarına uyğun olaraq həyata keçirilir.

3.6. Ömürboyu Təhsil Mərkəzinə qəbul və orada təhsil Azərbaycan Respublikasının qanunvericiliyi və UNEC-in daxili normativ aktları ilə tənzimlənir.

 

4. Ömürboyu Təhsil Mərkəzinin işlərinin maliyyələşdirilməsi qaydası və əmlak təminatı

 

4.1. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətlərinin maliyyələşdirilmə mənbələri aşağıdakılardır:

4.1.1. gəlir gətirən pullu təhsil xidmətlərinin göstərilməsi fəaliyyətlərindən əldə edilən vəsaitlər;

4.1.2. UNEC büdcəsindən ayrılan vəsaitlər;

4.1.3. Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətinin məqsədli şəkildə maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin UNEC-ə verdiyi məqsədli könüllü ianələr və əmlak yardımları.

4.1.4. UNEC Nizamnaməsində nəzərdə tutulmuş digər mənbələr.

4.1.5. UNEC ÖTM daxilində açılması nəzərdə tutulan laboratoriya və tədqiqat mərkəzlərinin fəaliyyətlərindən əldə olunan gəlirlər

4.2. Ömürboyu Təhsil Mərkəzi özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir və gəlir gətirən fəaliyyətlərdən əldə etdiyi vəsaitlər hesabına xidmətlər (işlər) yerinə yetirir.

4.3. Ömürboyu Təhsil Mərkəzinin tərəfindən göstərilən xidmətlərin qiymətləri UNEC tərəfindən müvafiq qaydada təsdiqlənir. Ömürboyu Təhsil Mərkəzinin tərəfindən həyata keçirilən proqramlar üzrə yeni qiymət təklifləri mərkəzin direktoru tərəfindən bazar qiymətləri əsasında müəyyənləşdirilir.

4.4 Ömürboyu Təhsil Mərkəzinin fəaliyyətindən əldə olunan vəsaitlər, UNEC rektoru ilə razılaşdırmaq şərti ilə direktorun təşəbbüsü ilə cəlb olunmuş mütəxəssislərin mükafatlandırılması, mərkəzin işçiləri üçün həvəsləndirici ödənişlərin təsis edilməsi, eləcə də mərkəzin maddi-texniki bazasının inkişaf etdirilməsi üçün istifadə oluna bilər.

4.5. Ömürboyu Təhsil Mərkəzinə həvalə olunmuş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün UNEC tərəfindən ona verilən əmlak yalnız mərkəzin fəaliyyətlərinin həyata keçirilməsi üçün istifadə olunur. Ömürboyu Təhsil Mərkəzinə verilən əmlakın düzgün istifadəsinə görə mərkəzin direktorı məsuliyyət daşıyır.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

- tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis - gizli hesap görme