Bu dəfə layihə iştirakçıları DİM-in keçirdiyi qəbul imtahanlarında topladıqları bala uyğun ixtisaslarla maraqlanır, UNEC-in tələbələrə təqdim etdiyi proqramlarla tanış olurlar. Layihədə Azərbaycanın bütün regionlarından məktəblilər iştirak edir. Onlardan bir neçəsini sizə təqdim edirik:
Sumqayıt şəhər Texniki Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Banuçiçək Qurbanova 695 balla UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) maliyyə ixtisası üzrə təhsil almaq istəyir. Təhsil aldığı məktəbin məzunları arasında UNEC tələbələri olduğunu vurğulayan B.Qurbanova onların uğurlarını yaxından izlədiyini bildirib.
Zaqatala şəhər 3 saylı məktəbin XI sinif şagirdi Fərid Qurbanov 677 balla UNEC-də maliyyə ixtisası üzrə ingilis dilində təhsil almaq istəyir. F.Qurbanov İSE-də tətbiq edilən yenilikləri yaxından izlədiyini bildirərək, UNEC-in ikili diplom proqramlarında iştirakda maraqlı olduğunu qeyd edib.
Gədəbəy rayon Söhrab Pirverdiyev adına Çalburun kənd tam orta məktəbin XI sinif şagirdi Fərid Nəsibov 664 balla UNEC-i seçib. İSE-də maliyyə ixtisası üzrə təhsil almaq istədiyən F.Nəsibov topladığı balla arzusunu reallaşdıra bilsə də, hədəfi 700 bal toplamaqdır. Buna görə də DİM-in keçirəcəyi ikinci imtahanlarda da iştirak edəcək.
Bakı şəhər 276 saylı tam orta məktəbin XI sinif şagirdi Kamran Hüseynov da ikinci imtahanlarda iştirak edəcək. 676 balla İSE-də maliyyə ixtisası üzrə təhsil almaq istəyən Kamran daha yüksək nəticə toplayaraq, prezident təqaüdü uğrunda rəqabətə qoşulmaq istəyir.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyən abituriyentlər 497 38 63 nömrəsi ilə əlaqə saxlaya və yaxud rəsmi Facebook səhifəmizin mesaj bölümünə yaza bilərlər.