Layihənin missiyası – istifadəçilərin öz intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsidir.
Layihənin əsas komponentləri
Birinci komponent – Tələbə, magistrant və dinləyicilər üçün sınaq imtahan platformasının yaradılması;
İkinci komponent – İstifadəçilərin öz intellektual səviyyəsini (IQ) müəyyənləşdirilməsi və onun yüksəldilməsi istiqamətində elektron resursların hazırlanması və yerləşdirilməsi;
Üçüncü komponent – İstifadəçilərdə vətənpərvərlik, azərbaycançılıq və müasir şəxsiyyət keyfiyyətlərinin formalaşdırılması üzrə elektron resursların hazırlanması və yerləşdirilməsi.
*
Birinci komponent çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində azərbaycan, rus və ingilis dilində tədris edilən bütün fənnlər üzrə (340-dan artıq) test bazası yerləşdirilmiş və sınaq imtahanı platforması hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir.
“Özünü sına” layihəsi – Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə Fakültəsinin II kurs tələbələrinin startap layihəsidir.
Layihənin missiyası – istifadəçilərin öz intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsidir.
Layihənin təşəbbüskarları: Elçin Əliyev və Fəqan Çələbizadə
http://sinaqimtahani.net
*
Qış imtahan sessiyasına hazırlıq: “Özünü sına” layihəsinə yeni funksiya əlavə edilib (28.12.2016)