“Opalus Partners” şirkətindən UNEC tələbələrinə təlim

18 APREL 2018 | VIEWS:
2155

“Opalus Partners” şirkətinin təsisiçisi Çimnaz Qasımova UNEC tələbələri üçün “İnsan Resurslarının idarədilməsi” mövzunda təlim keçib.

Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev “Opalus Partners” şirkəti ilə uğurlu əməkdaşlıqdan söz açıb.  Bu qurumun UNEC tələbələri üçün mütəmadi müxtəlif mövzularda təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.

Təlimdə “Opalus Partners” şirkətinin təsisiçisi Çimnaz Qasımova insan resurslarının idarə edilməsi və uğurlu karyera mövzusunda tələbələrə məlumat verib. Bildirib ki, insan resursları hər bir təşkilatın strukturuna daxil olan ən önəmli bölmələrdən biridir və İnsan Resursları üzrə mütəxəssislərin hazırlanması, onların peşəkar fəaliyyəti də hər hansı bir müəssisənin işinin irəli aparılmasında mühüm rol oynayır. Təlimdə işçilərin motivasiyasını yüksəltmək məqsədilə mütəmadi olaraq istifadə olunan metodlar ilə bağlı məsələlərə toxunulub. Həmçinin, iştirakçılar arasında qrup çalışması keçirilib.

Sonda Ç.Qasımova təlimlə bağlı fikirlərini bildirib: “UNEC tələbələri təlimə böyük maraq göstəriblər. Düşünürəm ki, onlar əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar”.

Sonda tələbələrə “Opalus Partners” şirkətinin sertifikatları təqdim edilib.

2156 1