Prezident təqaüdçüsü: “UNEC-də bir gün” uğurlu gələcəyə addım atmaqdır

12 OKTYABR 2017 | VIEWS:
2024

ElmarUNEC-in prezident təqaüdünə layiq görülən I kurs tələbələrini təqdim edirik:

Elmar Abdullayev 2000-ci il fevralın 11-də Bakıda anadan olub. Suraxanı rayonu 318 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb dövründə idmanın karate növü üzrə çempionatlarda iştirak edərək medallara layiq görülüb. Kitab oxumaq, film izləməyi və idmanla məşğul olmağı çox sevir. 2017-2018-ci ilin qəbul imtahanlarında 691 bal toplayaraq UNEC-ə qəbul olub. Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.

– Elmar sizcə, imtahanda yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

– Qəbul imtahanında yüksək bal toplamaq üçün aşağı siniflərdən dərsləri yaxşı mənimsəmək və öyrənmək lazımdır. İxtisas seçimində məncə, hər kəs ilk öncə öz istəyini və sevdiyi sahəni seçməlidir. Bu baxımdan “UNEC-də bir gün” layihəsini yüksək qiymətləndirirəm. Bir günlük “tələbə” olmaq şagirdə ixtisasları araşdırmağa, istər ixtisas, istərsə də universitet seçimini doğru etməyə böyük dəstək olacaq. Bir sözlə, “UNEC-də bir gün” uğurlu gələcəyə addım atmaqdır.

– Siz universitet seçiminizdə hansı amilə daha çox üstünlük verdiniz?

– Təbii ki, universitet seçimində II ixtisas qrupu üzrə ən yaxşılarını araşdırırdım. UNEC-in nəinki ölkəmizdə, regionda ən böyük və ən yaxşı iqtisadyönümlü universitet olduğu üçün seçimimdə üstünlüyü bu universitetə verdim. Doğru seçim etdiyimə təhsilə başladıqdan sonra bir daha əmin oldum. Məsələn, başqa universitetlər tələbəyə Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarından iştirak etmək, 4 ildə 2 ixtisasa sahib olmaq, xüsusi təqaüd və s. vəd etmir. Üstəlik də peşəkar mühasiblərin qlobal birliyi ACCA-nin azadolmaları… Bütün bunlar tələbəyə təqdim edilən ən mükəmməl təkliflərdir. Məzun olduqdan sonra biz dünyanın istənilən ölkəsində asanlıqla mühasibat uçotu, maliyyə və menecment sahələrində karyera qurmaq imkanı əldə edirik.

– Təhsil aldığınız fakültədə bütün tələbələr universitetə 600-dən yüksək bal toplayaraq qəbul olublar. Belə bir qrupda rəqabət aparmaq necədir?

– Əslində rəqabət üçün belə mühitin olması böyük üstünlükdür. Çünki sən ən yaxşılarla bilik mübarizəsi apararaq, daha yaxşı olmağı hədəfləyirsən. Qrupumuzda sağlam rəqabət mühiti var. Hamımız UNEC-in xüsusi təqaüdünə düşmək üçün bilik yarışına çıxmışıq.

– Karyeranla bağlı gələcək planların barədə bilmək istərdik.

– Təbii ki, müəyyən hədəflərim, istəklərim var, amma hazırda qarşımda uzun bir təhsil yolu var. UNEC-lə əməkdaşlıq edən nüfuzlu şirkətlərin təcrübə və təqaüd proqramlarına qatılmağı düşünürəm ki, bu da praktiki biliklərimin artırılması istiqamətində müsbət rol oynayacaq.
*

UNEC-in prezident təqaüdçüləri

Rəşad Mustafasoy – Prezident təqaüdçüsü: “UNEC-də hər kəs mənəvi məsuliyyətini vicdanla yerinə yetirir” (04.10.2017)

Arzu Məmmədzadə – 700 bal toplayan tələbə: UDİD hər iki arzumu reallaşdıracaq (27.09.2017)

Cavad Əliyev – 700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəm (19.09.2017)

 

2025 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser