Prof. Nazim İmanov UNEC magistrantlarına ustad dərsi keçib

05 NOYABR 2015 | VIEWS:

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

I kurs magistrantlarına ustad dərsi keçən N.İmanov Azərbaycanda iqtisad elminin aktual problemləri mövzusunda mühazirə oxuyub. Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, UNEC-də mütəmadi olaraq dövlət iqtisadi strukturlarının rəhbərləri magistrantlara ustad dərsləri keçəcəklər.