Shakir m_Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Qasımov Şakir Adıgözəl oğlu

1950-ci ildə  anadan olmuşdur. 1966-cı ildə orta məktəbi, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstutunu (indiki UNEC) bitirmişdir.

1970/2000-ci illərdə Azərittifaq sistemində, 2000/2006-cı illərdə İqtisadi İnkişaf Nazirliyi sistemində, 2007/2010-cu illərdə Azərsu Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləmişdir.

2010-cu ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri vəzifəsində işləyir.

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə  Fəxri Fərmana layiq görülmüşdür.

pojar834727449db18e5393e