Qəbələli abituriyentlər UNEC-də olublar

09 İYUL 2024 | VIEWS:

Region məktəblilərinin UNEC-ə səfəri davam edir. UNEC-in bu dəfəki qonaqları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin subbakalavrları və Express Təhsil Mərkəzinin abituriyentləri olublar.

Qəbələli abuturiyentlərlə UNEC-in əsas, 2 və 3 saylı tədris binalarında görüşlər keçirilib.

Əsas tədris binası ilə tanışlıq zamanı İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova abituriyentlərə UNEC-dəki ixtisaslar, elektron tədris prosesi, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, idman zalları, kitabxanalar barədə ətraflı məlumat verib.

Maliyyə və mühasibat fakültəsinin dekanı dos. Hafis Hacıyev isə  rəhbəri olduğu fakültədəki ixtisaslar və karyera imkanları ilə bağlı abituriyentləri məlumatlandırıb.

Görüş zamanı UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin bu ilki məzunu Məleykə Abuşova universitetdə tələbələr üçün yaradılmış şərait, imtahan prosesi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı öz təəssüratlarını bölüşüb.

Abituriyentlər UNEC Psixoloji Xidmət Mərkəzində də olublar. Mərkəzin rəhbəri Şəfahət Abdullayeva onlara imtahanöncəsi stressin idarəolunması ilə bağlı tövsiyələr verib.

Əsas tədris binası ilə tanışlıqdan sonra abituriyentlər 3 saylı tədris binasında Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərovla görüşüblər və orada tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Qəbələli abituriyentlərin 2 saylı tədris binasındakı görüşləri Rus İqtisad Məktənin dekanı dosent Mənsur Bərxudarovla olub. M.Bərxudarov abituriyentlərlə çay süfrəsi arxasında görüşərək, onlara fakültədəki ixtisaslar və tədris prosesi barədə məlumat verib.

Görüşün sonunda Express Təhsil Mərkəzinin rəhbəri Rəhman Xasməmmədov abituriyentlərin əl işlərindən ibarət olan “Xarı bülbül” xatirə hədiyyəsini UNEC-ə təqdim edib.

Qəbələli abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılblar.

Qəbələli abituriyentlər UNEC-də olub

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ankara escort - ucuz uz - Free twitch viewers - vozol