UNEC-də bakalavr, magistratura və doktorantura proqramlarına necə qəbul olmalı?

Addım 1. Proqram seçmək

UNEC-də əcnəbi tələbələrin hazırlıq, bakalavr, magistratura və doktorantura proqramlarına qəbul hər ilin 1 fevral tarixində açıq elan olunur.

İxtisas seçmək üçün müraciət etməzdən əvvəl təhsil proqramlarının siyahısı ilə tanış olunmalıdır. Proqram haqqında daha ətraflı məlumat almaq üçün isə fakultələr və ixtisaslar bölüm  kataloqlarına baxılmalıdır.

Proqram səhifəsində tədris planı, müəllimlər, cədvəllər və daha çox məlumatlar vardır ki, bu da sizin istədiyinizi tam olaraq seçməyə kömək edə bilər.

Addım 2. Şəxsi kabinetdə qeydiyyat

            www.kabinet.unec.edu.az internet səhifəsindən qeydiyyatdan keçərək istifadəçi adı və parolunuzu əldə edir və şəxsi kabinetinizə daxil olursunuz.

Şəxsi kabinetdə müvafiq ərizə formasını  doldurun və tələb olunan sənədləri yükləyin. Ərizə əlavə olunan bütün fayllar PDF və ya JPEG formatında yüklənməlidir. (maksimum 15 mb). Bütün zəruri sənədlər əlavə olunduqdan sonra, göndərmə düyməsini basın.

 

*

Addım 3. Ərizənin nəzərdən keçirilməsi

3 iş günü ərzində müraciət formanıza baxılacaq və sizə məlumat veriləcəkdir. Ümumi qəbul qaydalarına əsasən bütün müraciətçilərin  sənədləri yoxlanılır və sənədləri qaydasındadırsa növbəti mərhələdə Azərbaycan Dövlət İqtisad Universitetindən qəbul haqqında Sizə dəvət  məktub göndərilir.

Addım 4. Sənədlərin hazırlanması

Dəvət məktubu alan bütün namizədlər təhsil vizası ilə Azərbaycana gəlməli, online formada təqdim etdikləri sənədlərin əslini UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə təqdim etməlidirlər. Tələb olunan tarixədək Sənədlərin əslini  təqdim etməyən tələbələr UNEC-ə qəbul olunmayacaqlar.

 

Addım 5. Müqavilə bağlanması

Sənədlərin əslini təqdim edən namizədlər təhsil haqqını ödəyir və seçdiyi ixtisas üzrə müqavilə bağlayaraq UNEC tələbəsi adını qazanırlar.