Belə ki, UNEC dünyanın nüfuzlu reytinq agentliklərindən olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 7 kateqoriya üzrə maksimal 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.
Ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılan auditdə UNEC-in tədris prosesi, məzunların məşğulluğu, idarəetmə sistemi, infrastrukturu, maliyyə, inklüziv mühiti, sosial aktivlik, beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyətləri maksimum 5 bal ilə qiymətləndirilib. Bu nəticə UNEC-də həmin sahələr üzrə fəaliyyətin dünya standartlarına uyğun həyata keçirildiyini bir daha təsdiqləyir.
Kateqoriyalar üzrə auditin nəticələri aşağıdakı kimidir:
Tədris – 5 ulduz (mükəmməl)
– UNEC tədris proseslərinin tam rəqəmsallaşdırılması sahəsində beynəlxalq standartlara cavab verməklə, eləcə də tədris prosesinin müasir həllərlə keyfiyyət təminatına görə bu kateqoriya üzrə 5 ulduza layiq görülüb.
İnfrastruktur – 5 ulduz (mükəmməl)
– UNEC bu kateqoriya üzrə mükəməlliyə kampus infrastrukturu, kitabxana, kampusdaxili klinika, tələbə təşkilatlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinə görə layiq görülüb.
Proqram nüfuzu: Maliyyə – 5 ulduz (mükəmməl)
– Magistr təhsil pilləsində “Maliyyə” ixtisasının tələbələrinin məşğulluq səviyyəsi, məmnuniyyəti və digər parametrlər üzrə qiymətləndirmə nəticələrinə əsasən, UNEC 5 ulduza layiq görülüb. Xüsusilə təqdirəlayiq element UNEC-in 3 ixtisasının beynəlxalq FİBAA akkreditasiyasından keçməsi olub.
– Məzunların işlə təminatı, tələbələrə təcrübə proqramları üçün göstərilən dəstək xidmətləri, ölkəmizdə, eləcə də xaricdə özəl və dövlət qurumlarında çalışan 2000-dən çox nüfuzlu məzun sayəsində reallaşan güclü sənaye əlaqələri ilə bu önəmli nailiyyət qazanılıb.
Effektli İdarəçilik – 5 ulduz (mükəmməl)
– Tam rəqəmsal sənəd dövriyyəsi sistemi, inzibati proseslərin elektron vasitələrlə həyata keçirilməsi, strateji hədəflərin dəqiq ölçüləbilən və detallı fəaliyyət planı ilə əhatə olunması, müasir çağırışlara cavab verən idarəetmə sistemi sayəsində UNEC 5 ulduza layiq görülüb.
Sosial Təsir – 5 ulduz (mükəmməl)
– UNEC-in həyata keçirdiyi sosial layihələr, xüsusi kateqoriyaya aid olan tələbələrə göstərilən dəstək mexanizmləri, strateji fəaliyyət planına əsasən sosial istiqamətdə nəticəyönümlü addımlar UNEC-ə bu kateqoriya üzrə 5 ulduz qazandırıb.
Fərqlilik, bərabərlik və inklüzivlik – 5 ulduz (mükəmməl)
– UNEC beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhsil müəssisəsi olaraq, inklüziv təhsilə xüsusi önəm verir, hər bir tələbəyə bərabər imkanlar yaradır.
Akademik inkişaf – 4 ulduz (çox yaxşı)
– UNEC-də tələbələrin akademik inkişafına xüsusi diqqət yetirilir. Universitet daim təhsil proqramlarını yeniləyir, müəllimlərin və tələbələrin elmi fəaliyyətini dəstəkləyir və onların beynəlxalq akademik mühitə inteqrasiyasına şərait yaradır.
Qlobal fəallıq – 4 ulduz (çox yaxşı)
– UNEC beynəlxalq istiqamətdə dünyanın qabaqcıl ali təhsil və tədqiqat müəssisələri ilə qurduğu güclü əlaqələr, eləcə də ikili diplom, mübadilə proqramlarının effektiv tətbiqi nəticəsində bu göstəriciyə nail olub.