Quluzadə Esmira Məmməd qızı

24 oktyabr 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmiş.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura fakultəsinin Maliyyə-kredit ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2008-2014 cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasında baş laborant vəzifəsində çalışmış. Bu illər ərzində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

 

*

2011- ci ildən “Maliyyə və audit” kafedrasının dissertantıdır. “Büdcə gəlirlərinin formalaşmasında fiskal siyasətin rolu” mövzusunda dissertasiya işi üzərində işləyir.

2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim vəzifəsinə təyin edilmişdir.

Hal-hazırda “Maliyyə və audit” kafedrasının müəllimidir.

20-dən çox elmi məqalənin (4 məqalə xarici mətbuatda dərc edilib), tədris metodiki vəsaitlərin, fənn proqramlarının müəllifidir.

Ailəlidir, iki övladı var.
*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI