e-mail: [email protected]
1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur.
1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 2000-ci ildə oranı bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) işə başlamışdır.
2008-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Riyaziyyat İnformatika” fakültəsinin Riyazi analiz ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2010-2018-ci illərdə Gəncə Dövlət Universitetinin “Riyazi analiz” kafedrasının müəllimi və baş müəllimi vəzifəsində çalışıb.
2017-ci ildə Diferensial tənliklər ixtisası üzrə «Обратная задача теории рассеяния для растущего потенциала оператора Штурма – Лиувилля» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2018-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat» kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.
2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının dosentidir.
*
33 elmi məqalənin və konfrans materiallarının müəllifidir, onlardan 9-u Web of Science, 11-i isə SCOPUS Q2 və Q3 kateqoriyalı elmi-biblioqrafik bazasında indeksləşib və əsərlərin hər biri Google.scholar.com axtarış sistemində yer alır.
“Математический анализ 1” adlı dərs vəsaitinin müəllifidir.
Ailəlidir, iki övladı var.
*
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
ELMİ ƏSƏRLƏRİN SİYAHISI (hiperlinkli)
AKADEMİK PROFİLLƏR