afaq_0336r.ü.f.d., b/m. Məmmədova Afaq Faiq qızı

1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 2000-ci ildə oranı bitirib Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) işə başlamışdır.

2008-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Riyaziyyat İnformatika” fakültəsinin Riyazi analiz ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-2018-ci illərdə Gəncə Dövlət Universitetinin “Riyazi analiz” kafedrasında müəllim və baş müəllim vəzifəsində çalışıb.

2017-ci ildə Diferensial tənliklər ixtisası üzrə «Обратная задача теории рассеяния для растущего потенциала оператора Штурма-Лиувилля» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

*

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat» kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.

2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının baş müəllimidir.

“Scopus” məlumat bazasının nüfuzlu jurnallar da daxil olmaqla 25 elmi məqalənin və konfrans materiallarının müəllifidir, onlardan 5-i Web of Science, 4-ü isə SCOPUS Q2 və Q3 kateqoriyalı elmi-biblioqrafik bazasında və əsərlərin hər biri Google.scholar.com axtarış sistemində indeksləşib.

 Müəllifi olduğu “Математический анализ 1” adlı dərs vəsaiti isə çapdadır.

Ailəlidir, iki övladı var.

*
ELMİ ƏSƏRLƏRİN SİYAHISI