Radio UNEC-in qonağı: gənc müəllim Rövşən Camalov

03 APREL 2017 | VIEWS:

“UNEC müəllimi” verilişinin növbəti buraxılışı efirdə olub. Müəllifi və aparıcısı universitetin tələbəsi İlkin Cəlilov olan verilişin qonağı gənc müəllim Rövşən Camalovdur. Litvanın Litautas Maqnus universitetinin məzunu olmuş Rövşən müəllim UNEC-in “Gənc müəllim” layihəsindən, özünün pedoqoji fəaliyyətindən danışıb, tələbələrin ona ünvnladığı sualları cavablandırıb.