Təqdimat mərasimində çıxış edən Gəray Musayev UNEC-in Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması istiqamətində atılmış uğurlu addımlardan bəhs edib. O, Zaqatala filialının regionda təhsil sahəsində mühüm rol oynadığını və Raqif Qasımovun bu istiqamətdə filialın fəaliyyətini daha da gücləndirəcəyinə əmin olduğunu bildirib. Gəray Musayev yeni təyin olunmuş direktora və kollektivə uğurlar arzulayıb.
Raqif Qasımov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, Zaqatala filialının beynəlxalq təhsil məkanına inteqrasiyası istiqamətində filialın kollektivi ilə birlikdə əzmlə çalışacaqlarını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri əsasında, UNEC rektoru professor Ədalət Muradov rəqəmsallaşma üzrə prorektor i.f.d., dosent Raqif Qasimov vəzifəsindən azad edərək, müvafiq əmrlə UNEC-in Zaqatala filialının direktoru təyin edilib.