1957-ci ildə Qax rayonunun Qax-muğal kəndində anadan olmuşdur.
1965-1975-ci illərdə Qax rayonu 1 nömrəli tam orta mətəbi bitirmişdir.
1975-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunub, 1980-cı ildə fizik, fizika müəllimi ixtisası üzrə bitirmişdir.
Həmin il təyinatla Azərbaycan Elmi-Tətqiqat Əkinçilik İnsititutuna işə göndərilmişdir. 1982-ci ildə həmin İnsititda aspiranturanın qiyabi şöbəsinə qəbul olunmuşdur. 1988-ci ildə Moskva Dövlət Univeristetində dissertasiya müdafiə edərək biologiya elmləri namizədi (biofizika) elmi dərəcəsini almışdır. 1989-cu ildən elmi pedaqoji fəaliyyətini davam etdirmişdir. Orta və ali təhsil müəssələrində müəllim, direktor müavini, direktor vəzifələrində işləmişdir. 2001-2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının direktoru vəzifəsində işləmişdir.
*
2004-cü ildə dosent elmi adına layiq görülmüşdür.
2008-ci ildə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsaqibəsinin qalibi olmuşdur. 2008, 2010, 2012-ci illərdə rayonun ictimai, siyasi həyatında fəal iştirakına və gənc nəslin təlim-tərbiyəsində xidmətlərinə görə Zaqatala Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
41 elmi, tədris, metodiki məqalələrin, o cümlədən 5 tədris- metodiki vəsaitin müəllifidir.
Evlidir. İki övladı var.
Hazırda UNEC-in Zaqatala filialının “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri vəzifəsində işləyir.