Rektor Elmi Şura qarşısında hesabat verib

30 İYUN 2015 | VIEWS:

İyunun 29-da Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasının növbəti iclası keçirilib.

İlk olaraq elmi karyerasında nailiyyətlər əldə edən ADİU əməkdaşlarına diplom təqdim edilib.

“Azərbaycan tarixi” kafedrasının dosenti Nizami Süleymanova tarix üzrə elmlər doktoru, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının əməkdaşı İlhamə Məmmədovaya həmin kafedra üzrə dosent diplomları təqdim edilib. Bildirilib ki, Rövşən Quliyev İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini təyin edilib.

ADİU-nun rektoru, professor Ədalət Muradov 2014/2015-ci tədris ilinin əsas yekunları və yeni tədris ilinə hazırlıq haqqında məruzə ilə çıxış edib. Görülən işlərdən danışan rektor bildirib ki, qış imtahan sessiyasında ADİU-da ən yüksək mənimsəmə faizi SABAH qruplarında (100%), ən aşağı göstərici isə Türk Dünyası İşlətmə (59%) fakültəsində qeydə alınıb. Universitet üzrə mənimsəmə faizi 85% olub. Yay imtahan sessiyasında isə ən yüksək göstərici İngilis Dilində Tədris Mərkəzində (98%), ən aşağı göstərici is Türk Dünyası İşlətmə fakültəsində (64%) müşahidə olunub. Yay imtahan sessiyasının yekunlarına görə universitet üzrə mənimsəmə 78% təşkil edib ki, bu da qış imtahan sessiyası ilə müqayisədə 7% azalıb.

ADİU-da tədrisin keyfiyyətinin artırılması sahəsində görülən işlərdən ətraflı söz açan rektor, nailiyyətlərdən də danışıb. Bildirib ki, Azərbaycanda ilk dəfə olaraq, MBA proqramı İdarəetmənin inkişafı üzrə Avropa fonduna tam hüquqlu üzv seçilib.

Tələbələrin praktiki biliklərə yiyələnməsi məqsədi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə əldə edilən razılığa əasən, ADİU-da Fond Birjasının demo versiyası yaradılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı ilə birgə virtual müəssisə yaradılır.

Şurada Beynəlxalq İstisadiyyat Məktəbinin əsasnaməsi təsdiqlənib və İngilis Dilində Beynəlxalq İqtisadiyyat kafedrasının Beynəlxalq İstisadiyyat Məktəbinin nəzdinə keçirilməsinə qərar verilib. Azərbacyan dilində Beynəlxalq İqtisadiyyat kafedrası yaradılması qərara alınıb.

Şurada təhsil haqları məsələsinə də toxunulub və qərara alınıb ki, əcnəbilərin təhsil haqları yüksəldilərək, yerli tələbələrin təhsil haqqı ilə uyğunlaşdırılsın. Eyni zamanda, yenidən hazırlıq üzrə təhsil haqqı müvafiq ixtisasları üzrə bakalavr pilləsinin qiyabi və əyani formasının, doktorantura pilləsinin təhsil haqları isə Azərbacyanda fəaliyyət göstərən digər ali təhsil ocaqlarının müvafiq təhsil haqları ilə uyğunlaşdırılsın. Elmi rəhbərlərin ödənişlərinin artırılması ilə bağlı təkliflər hazırlansın. Bildirilib ki, yeni tədris ilindən I kurslar istisna olunmaqla, tələbələr təhsil haqqını iki dəfəyə ödəyə biləcəklər.

Şurada həmçinin qərara alınıb ki, IELTS – 5, TOEFL – 80 ballıq sertifikatı olan tələbələr ingilis dili fənnindən azad edilərək, könüllülük prinsipi ilə digər xarici dil seçimi edə bilsinlər.

Sonra elmi katib, professor Elnur Sadıqovun 2014/2015-ci tədris ilində ADİU Elmi Şurasını fəaliyyəti haqqında hesabatı dinlənilib.

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag