UNEC rektoru, professor Ədalət Muradov Ali İqtisad Məktəbinin (AİM) (“Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminovun dəvəti ilə XX Aprel Beynəlxalq Elmi Konfransında iştirak etmişdir.
Dünyanın aparıcı universitetlərinin nümayəndələrinin məruzəçi və iştirakçı qismində qatıldığı konfransda Harvard, Bonn, Kaliforniya, Miciqan, Vyana, Florida, Sidney Universitetlərinin və digər ali məktəblərin nümayəndələri fəxri məruziçi qismində iştirak ediblər.
Konfrans RF-nın baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov tərəfindən Rusiya Federasiyasının Prezidentinin təbrik məktubunun səsləndirilməsi ilə başlamışdır. İclasda Rusiya Federasiyasının baş nazirin birinci müavini və maliyyə naziri Anton Siluanov, Rusiya Federasiyasının Federal məclisi Dövlət Dumasının Büdcə və vergi üzrə Komitəsinin sədri A.M. Makarov, Rusiyanın Sənayeçilər və Sahibkarlar ittifaqının Prezidenti və Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin Prezidenti A.N. Şoxin, Rusiyanın Mərkəzi Bankının sədrin birinci müavini K.V. Yudayeva, Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin rektoru Y.İ. Kuzminov və digərləri çıxış ediblər.
Konfransda dövlət idarəçiliyi, maktoiqtisadiyyat və iqtisadi artım, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, sosial siyasət maliyyə institutarı və digər məsələlər müzakirə olunmuşdur.
UNEC rektoru, professor Ədalət Muradovun Ali İqtisad Məktəbinin rektoru Yaroslav Kuzminov ilə görüşü zamanı ikitərəfli əməkdaşlıq imkanları geniş müzakirə edilmiş, ikili diplomla bağlı işlərə start verilməsi razılığı əldə edilmişdir.
Ə.Muradov UNEC-in Dərbənd filialının potensialından qarşılıqlı maraq və əməkdaşlıq çərçivəsində birgə istifadə edilməsi imkanlarına toxundu. UNEC rektoru iki ildən artıq fəaliyyət göstərən Rus İqtisad Məktəbinin (RİM) bazasında Ali İqtisad Məktəbinin müxtəlif təhsil proqramlarının təşkil edilməsi perspektivləri, birgə tədqiqatların aparılması, nəticələrin SCOPUS və “Web of Science” platformalarına daxil olan “impact” faktorlu elmi nəşrlərdə dərc edilməsi imkanları haqqında danışdı.
AİM rektoru Yaroslav Kuzminov, AİM və UNEC-in eyni istiqamətdə hərəkət etdiyini qeyd edərək, universitetlər arasında tərəfdaşlığın aktiv inkişaf etməli olduğunu vurğuladı. AİM rektoru birgə “online” və “offline” təhsil proqramlarının yaradılması, (həmçinin Coursera platforması bazasında) birgə UNEC-HSE kursunun hazırlanması, UNEC doktorantlarının “Rossiyskie postdoki” proqramında iştirak üçün dəvət edilməsi təklifləri ilə çıxış etdi. Beləliklə, UNEC doktorantı dissertasiyanın müdafiəsindən sonra iki il müddətində AİM-də təhsil almaq və dərs demək imkanı əldə edəcək.
Rektor Y.Kuzminov birgə elmi-tədqiqat laboratoriyalarının qurulması, şəbəkə təhsil proqramlarında iştirak, UNEC tələbələrinin RF-nın Prezidentinin layihəsi olan “Mən peşəkaram” (“Я профессионал”) olimpiadasında iştirakı kimi məsələlərə toxunda. Öz növbəsində, AİM-nin təhsil proqramları və aspirantura üzrə prorektoru Sergey Roşin hazırda birgə təhsil layihələrinin, ikili diplom proqramlarının hazırlanması üçün bütün imkanların mövcud olduğunu bildirdi. Hər iki tərəfdən səsləndirilmiş təkliflərin daha detallı müzakirəsi üçün may ayında Ali İqtisad Məktəbinin nümayəndələrinin UNEC-ə səfərinə dair qərar qəbul edildi.
UNEC rektoru, professor Ədalət Muradov Breyqel İnstitutundan (Belçika) məruzəçi Marek Dombrovski, ABŞ-ın Florida Atlantik Universitetindən olan fəxri məruzəçi Əli Farazmanda, Siena Universitetindən professor Maurisio Pompella, Katovays İqtisadiyyat Universitetindən professor İvona Paulas (Polşa), Ali İqtisad Məktəbindən professor Fuad Ələsgərov, AİM-in vitse-prezidenti İvan Prostakov, AİM-in Beynəlxalq inkişaf departamentinin rəhbəri Marina Batalina, AİM-in Sənaye və bazar tədqiqatları institutunun direktoru, professor Andrey Yakovlev, IDP şirkətindən Lorenso Kostantino ilə görüşlər keçirimişdir.
Eləcə də, UNEC rektoru, professor Ə.Muradov RF-da inklüziv təhsil üzrə lider olan Moskva Humanitar-İqtisad Universitetinə səfər etmiş və rektor Vaqif Bayramov ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əməkdaşlıq, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlər müzakirə edilmişdir. Universitetlər arasında ikili diplom proqramının tətbiqi üçün işlərin tamamlanması müzakirə edilmişdir.
[a href=”http://news.unec.edu.az/xeber/100-elm/5135-rektor-kuzminov-unec-ve-aim-eyni-istigametde-hereket-edir“][/a]