Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun I kurs tələbələrinə təbrik müraciəti

13 AVQUST 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan əziz I kurs tələbələri !

Azərbaycan Dövlət İqtisad Universitetinin ailəsinə xoş gəldiniz.

Hər birinizi uzun müddət zəhmətlə çalışaraq tələbə adını qazanmağınız münasibətilə təbrik edirəm. Gələcəyinizə istiqamət verəcək universitetimizin hər bir varlığı məhz Sizlər üçündür. Hər birimizin gördüyü işlərin qayəsində sizlərsiniz. Daha mükəmməl və mütərəqqi təhsil almağınız, iş həyatına peşəkar kadr kimi yetişməyiniz üçün var gücümüzlə çalışmağa hazırıq.

Universitetimizin bütün tədris heyəti təhsil aldığınız müddətdə Sizi müasir, innovativ bilik və təcrübələrlə təmin edəcək, hər bir addımda yanınızda olacaqdır. Burada özünüzü Azərbaycan Dövlət İqtisad Universitetinin böyük ailəsinin bir üzvü kimi hiss edəcəyiniz və bu fərqliliyi yaşayacağınıza əminəm. Müəllimlərə ehtiram, yoldaşlarınıza nəzakət göstərməklə tədris mühitinə öz töhfənizi vermiş olacaqsınız.

Daim inkişaf edən, yeni fikirlərə hər zaman dəyər verən, hədəflərimiz uğrunda yorulmadan çalışdığımız universitetimizdə ən dəyərli sərvətimiz olan Sizlərə fəxrlə xidmət etməkdən qürur hissi duyuruq.

Azərbaycan Dövlət İqtisad Universitetini seçdiyinizə görə təşəkkür edirəm və hər birinizə uğur dolu universitet həyatı arzulayır, bir daha hər biriniz təbrik edirəm!

 

Hörmətlə,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
professor Ədalət Muradov

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com