UNEC rektoru professor Ədalət Muradov dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları ilə bağlı rəsmi Facebook səhifəsində maraqlı təkliflərlə çıxış edib.
Ali təhsildə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqinin çox böyük müsbət yenilik olduğunu qeyd edən rektor, bu yanaşmanın tətbiqi mexanizminin təkmilləşdirilməsini təklif edib: “Bu gün tətbiq edilən yanaşma universitetlər arasında sanki aşağı ballı tələbələr uğrunda mübarizəni gücləndirir. Belə ki, yüksək ballı tələbələrin və müvafiq olaraq, dövlət sifarişli tələbələrin sayının artması universitet büdcəsini artırmaq əvəzinə azaldır. Çünki dövlət sifarişli tələbəyə ödənilən təhsil haqqı daha azdır. Amma bu belə yox, əksinə olmalıdır.
UNEC bu gün belə bir vəziyyətlə üz-üzədir. Belə ki, son illər ərzində UNEC-ə qəbul olan dövlət sifarişli tələbələrin payı 30%-dən demək olar ki, 80%-ə qədər artmışdır və nəticədə universitet büdcəsi azalmışdır. Başqa sözlə, keyfiyyətin artmasına görə universitet sanki cəzalandırılır. Bu yanaşmaya aşağıdakı dəyişikliyi təklif edirik:
Rektor UNEC-ə bu il qəbul olmuş bütün tələbələrin 78%-nin (2918 tələbə) dövlət sifarişli, 22%-nin (830 tələbə) isə ödənişli əsaslarla olduğunu da qeyd edib.