Rəqəmsal təqdimatlarla zəngin olan UNEC İnnovasiya Həftəsi uğurla başa çatdı

28 OKTYABR 2024 | VIEWS:

UNEC İnnovativ Gənclər Təşkilatının keçirdiyi İnnovasiya Həftəsi uğurla başa çatıb. Tələbələrin maraqla qarşıladıqları və böyük həvəslə iştirak etdikləri İnnovasiya Həftəsi gənclərin yaradıcılıq potensialını ortaya çıxarmaq üçün möhtəşəm bir platforma oldu.

İnnovasiya Həftəsinin rəsmi açılışında tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova çıxış edərək, yeni yaradılmış UNEC İnnovativ Gənclər Təşkilatının fəaliyyətindən söz açaraq, tələbələrə yeni layihələrində uğurlar arzulayıb.

Sonra UNEC İnnovativ Gənclər Təşkilatının sədri Samir İsmayılzadə İnnovasiya Həftəsi barədə məlumat verib. Təşkilat sədri bildirib ki, İnnovasiya Həftəsi tələbələrə innovasiya sahəsində yenilikləri təşviq etmək və onların bu istiqamətdə yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır. Həftə ərzində tələbələr üçün innovasiyaya aid müxtəlif seminarlar, təlimlər, panel müzakirələri, eləcə də startap ideyalarından ibarət hakaton təşkil ediləcək.

Tədbirin panel müzakirələrində ölkənin aparıcı şirkətlərinin nümayəndələri innovasiya və rəqəmsal texnologiyalar barədə maraqlı təqdimatlarla çıxış ediblər və tələbələrin suallarını cavablandırıblar.

Layihə çərçivəsində rəqəmsal layihələrdən ibarət innovasiya sərgisi keçirilib. Eləcə də, intellektual yarış və mini hakaton təşkil olunub. Hakatonda Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrdən ibarət komandalar yaşıl iqtisadiyyat mövzusunda maraqlı təqdimatlar hazırlayaraq, qələbə uğrunda yarışıblar. Sonda münsiflər heyətinin qərarı ilə “Eco solition” layihəsi qalib seçilib.

Maraqlı layihələrlə yaddaqalan İnnovasiya Həftəsinin sonunda mükafatlandırma mərasimi keçirilib. Qalib komandanın üzvləri “In4Tech Academy”də 100% təqaüdlə təhsil almaq imkanı qazanıblar. Digər iştirakçılara isə sertifikatlar təqdim olunub. İnnovasiya Həftəsi möhtəşəm konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, İnnovasiya Həftəsinin rəsmi tərəfdaşı Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, əsas tərəfdaşı “Bakcell” şirkəti, sponsoru isə və In4Tech Akademiyası olub.

Rəqəmsal təqdimatlarla zəngin olan UNEC İnnovasiya Həftəsi uğurla başa çatdı
Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol