UNEC-də distant təhsilin tətbiqi üçün zəruri sistemin – Rəqəmsal UNEC-in qurulmasına təqribən 10 il vaxt sərf etdik. Artıq bütün işlər uğurla tamamlanmışdır.
İlk olaraq, 2014-cü ildə təhsil nazirinin tövsiyələrinə əsasən distant təhsillə bağlı ciddi araşdırmalara və müzakirələrə başladıq. Biz mövcud LMS-lərdən istifadə etməməyi və UNEC-in özünün LMS-ini yaratmağa qərar verdik. Ən qısa vaxtda, yəni 2015/16-cı tədris ilində UNEC-də “EduMan – Tədrisin vahid elektron idarəetmə sistemi”ni (LMS) pilot qaydasında istifadəyə verdik. EduMan UNEC məhsuludur və UNEC-ə məxsusdur. Növbəti mərhələdə EduMan-in ixracını hədəfləyirik”.
Bu fikirləri UNEC rektoru professor Ədalət Muradov rəsmi facebook səhifəsində paylaşıb.
*
https://news.unec.edu.az/xeber/125-universitet/11134-regemsal-unec-distant-tehsil-sistemi-1