e-mail: [email protected]
18.12.1966-cı il tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə 129 saylı məktəbi bitirərək ADU-nun (indiki BDU) Tətbiqi riyaziyyat fakültəsinə qəbul olub. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin “İqtisadi məsələlərin alqoritmləşməsi və proqlaşdırılması” şöbəsində gənc mütəxəssis kimi işə başlamışdır. İşlədiyi müddət ərzində III dərəcəli mütəxəssis vəzifəsindən baş mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir. 1999-cu ildə öz istəyi ilə işdən azad olunmuşdur.
2006-cı il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında müəllim kimi işə başlamış və dosent vəzifəsinə qədər yüksəlmişdir.
14.12.2010-cu ildə “Radius boyu qeyri-bircins kiçik qalınlıqlı transversal-izotrop silindr üçün elastikiyyət nəzəriyyəsi məsələsinin asimptotik təhlili” mövzusunda dissertasiya işi müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı almışdır.
2014-2017-ci illər ərzində Sumqayıt Dövlət Universitetinin əvvəlcə “Riyaziyyatın tədrisi metodikası”, daha sonra “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasında çalışmışdır. 2015-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
15.09.2017-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasına işə qəbul olunub. Hazırda “Riyaziyyat və statistika” kafedrasında dosent vəzifəsində çalışır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27.09.2017-ci il tarixli qərarı ilə dosent elmi adı verilmişdir.
Ailəlidir, üç övladı var.