Rusiyanın Ali İqtisad Məktəbi ADİU-da olimpiada keçirib

16 FEVRAL 2015 | VIEWS:

Fevralın 14-15-də Rusiya Federasiyasının Ali İqtisad Məktəbi (Elmi Tədqiqat Universiteti) (AİM) Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olimpiada keçirib.

Olimpiadanın açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov və Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov iştirak edib. Bildiriblər ki, olimpiada AİM-in magistraturasında təhsil almaq istəyən xarici ölkə (əsasən MDB və Baltikyanı ölkələr) vətəndaşları olan tələbələr və məzunlar arasında, eyni vaxtda 12 ölkənin 36 şəhərində keçirilir. Qaliblər və mükafatçılar AİM-in magistraturasına imtahansız qəbul olunmaqla, ödənişsiz və təqaüd almaqla təhsil almaq hüququ qazanacaqlar.

3510 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 50 tələbə  qatılıb. Onlardan 45 nəfəri ADİU-nun tələbəsidir. Olimpiada əsasən iqtisadiyyat, menecment, maliyyə, dünya iqtisadiyyatı, biznes-informatika, riyaziyyat, dövlət idarəetməsi, elektronika, psixologiya istiqamətlərini əhatə edib.

Olimpiadanın təşkil edilməsi üçün Bakıya gələn AİM-in professoru M.Plotnikov ADİU müəllimləri və tələbələri üçün menecment üzrə master-klass da keçib.

Qeyd: ADİU ilə Rusiya Federasiyasının Ali İqtisad Məktəbi (Elmi Tədqiqat Universiteti) arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda iki universitet arasında potensial əməkdaşlıq istiqamətləri üzrə konkret məsələlərin razılaşdırılması, eləcə də bu məsələləri özündə əks etdirəcək əməkdaşlıq sazişinin layihəsi üzərində iş aparılır.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno