infor_ulviyariy.f.d., dos. Rzayeva Ülviyyə Şahin qızı

13 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1995-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini riyaziyyatçı-proqramçı, riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir

2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin  “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasının laborantı vəzifəsində, 2008-ci ildən isə baş laborant vəzifəsində çalışmışdır

2009-2013 tədris illərində saat hesabı ilə  dərs yükünü yerinə yetirmişdir.

2008-ci ildə AMEA-nın Kibernetika İnstitutunun dissertantura şöbəsinə qəbul edimişdir.

2013-cü  ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

2013-cü tədris ilindən “İnformasiya iqtisadiyyatı və texnologiyaları”kafedrasının  müəllimi vəzifəsində çalışıb.

20.04.2022-ci il tarixdən UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti vəzifəsinə keçirilib.

30 elmi və metodiki işin müəllifidir.

Ailəlidir, iki övladı var.