Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzi üzrə Kommersiya ixtisasının Elektron kommersiya ixtisaslaşmasına qəbul Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqə və müsahibə yolu ilə aparılır. Qeyd olunan ixtisas və ixtisaslaşma Azərbaycan Dövlət İqtisad Universitetində 2021-ci ildən tədris edilir. Elektron kommersiya ixtisasında tədris ingilis və azərbaycan dillərində həyata keçirilir. Mühazirə saatları peşəkar müəllim heyəti və xaricdən dəvət olunmuş qonaq professorlar vasitəsilə tədris edilir.
Hal-hazırda Elektron kommersiya ixtisasında 230 magistr təhsil alır. Təhsil haqqı 2100 manatdır. Tədris UNEC-in IV korpusunda təşkil olunur.