“Ekoloji problemlərdə innovativ metodlar” mövzusuna həsr olunan SABAH V Tələbə Debat Forumunda ölkənin 5 ali təhsil müəssisəsinin təmsil olunduğu 22 komanda yarışıb. Final mərhələsinə debat raundlarından uğurla keçən UNEC-in iki komandası – “Tanrının övladları” və “Alpha” vəsiqə qazanıb.
Finalda “Ekoloji problemlərin yaranmasının əvvəlcədən qarşısının alınmasında və mövcud problemlərin aradan qaldırılmasında innovativ metodlar tətbiq olunmalıdır” mövzusu ətrafında debat təşkil olunub. Maraqlı keçən debat yarışında “Tanrının övladları” komandası qalib olub.
Qalib komandaya kubok təqdim edilib.
Qeyd edək ki, UNEC SABAH qruplarının komandası artıq 4-cü ildir ki, ardıcıl olaraq Tələbə Debat Forumunun qalibidir.
Tələbə Debat Forumun əsas məqsədi “SABAH” tələbələrinin müxtəlif debat mövzuları üzrə biliklərinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmini, onlarda intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaradılmasıdır.
UNEC SABAH qrupunun qalib komandasını təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
<a href =”http://news.unec.edu.az/xeber/105-telebe/5890-bold-red-sabah-telebe-debat-forumunun-4-gat-chempionu-unec-sabah-bold-red“></a>