Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan şahmat üzrə “Anım Turniri” keçirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi, SABAH THİK-nin təşkilatçılğı ilə baş tutan yarışda SABAH qruplarının 24 tələbəsi iştirak edib.
Gənclər arasında 5 turdan ibarət yarışın qalibi SABAH qrupları Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Elçin Osmanov olub. Elçin 5 turun hər birində rəqiblərini məğlub edərək maximum 5 xal ilə I yerə yüksəlib. Qalib mükafat və diplomla təltif olunub.
II yeri isə 4 xalla SABAH qrupları Marketinq ixtisasının II kurs tələbəsi Cabbar Hüseynov qazanıb. C.Hüseynova diplom təqdim edilib.