SABAH tələbələri Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar

27 DEKABR 2016 | VIEWS:
2362

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə SABAH Qruplarının “Sənayenin təşkili və idarəedilməsi” ixtisası üzrə təhsil alan II kurs tələbələri Sumqayıt Kimya Sənaye parkında informasiya turunda iştirak edib. İlk olaraq tələbələrə Sumqayıt Kimya Sənaye parkı haqqında ətraflı məlumat verilərək, onun yaradılması, infrastrukturu və fəaliyyəti  haqqında təqdimat keçirilib. Daha sonra parkın rezidentləri olan “SOCAR Polymer” zavodunda tikinti işləri və “Azərtexnolayn” MMC-də istehsalat məhsulların keyfiyyətinin yoxlanılması prosesi ilə yaxından tanış olublar.

Tədbirin sonunda Sumqayıt Kimya Sənaye parkının əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

2363 5