Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarının tələbələri Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı fləşmob keçiriblər. Fləşmobda 80 SABAH tələbəsi iştirak edib.
Bundan başqa, gün boyu SABAH Mərkəzində yerləşən elektron monitorda Xocalı soyqırımını əks etdirən kadrlar nümayiş olunub.