Hörmətli elm və təhsil nümayəndələri, sahibkarlar! 11-12 aprel 2025-ci il tarixində UNEC-in 95 illik yubileyinə həsr olunmuş Rus iqtisad məktəbi ilə TDU-nun Beynəlxalq sahibkarlıq məktəbinin “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransda Azərbaycandan, Qazaxıstandan, Türkiyədən, Rusiyadan, Macarıstandan, İsraildən, Özbəkistandan, Belarusdan, Tacikistandan, Latviyadan və Qırğızıstandan tədqiqatçılar və biznes icmalarının nümayəndələri iştirak edəcəklər. Konfrans hibrid (oflayn və onlayn) formatda keçiriləcək, tədqiqatçılara və sahibkarlara netvorkinq əlaqələri qurmaq üçün geniş imkanlar verəcək.
Müzakirə olunan mövzular: sahibkarlıq təhsili -iqtisadiyyatın inkişafının drayveri kimi; sahibkar peşəsi; iqtisadiyyatın rəqəmsallaşması şəraitində sahibkarlıq təhsili; sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm; sahibkarlıq təhsili və məşğulluq; universitetlərdə sahibkarlıq ekosisteminin yaradılması; sahibkarlıq universitetləri; sahibkarlıq təhsilinin inkişafında dünya təcrübəsi; Azərbaycanda sahibkarlığın inkişafı və s.
Konfransın mühüm tarixləri bunlardır:
-21.03.2025-ci il – məqalələrin təqdim olunması üçün son tarix;
-28.03.2025-ci il – Konfransa qəbul olunan məruzə müəlliflərinə qəbul məktubunun göndərilməsi;
-4.04.2025-ci il – Konfransda iştirak üçün qeydiyyatın tamamlanması.
Məqalələr azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir.
Məqalələrə qoyulan tələblər: Times New Roman, şrift 14, həcm 4-10 səhifə, interval 1, səhifənin parametrləri sol -3 sm, sağ -1.5 sm, yuxarı-2 sm, aşağı -2 sm.
Məqalələri [email protected] e-mailə göndərə bilərsiniz.
KONFRANS MATERIALLARI-2024-RİM 2025
Qeydiyyat üçün linklər:
*
11 aprel 2025
Plenar müzakirə:
“Sahibkarlıq təhsili – iqtisadiyyatın inkişafının drayveridir”
Mövzu üzrə birinci panel müzakirəsi:
“Sahibkar peşəsi, onun legitimləşdirilməsi və inkişaf perspektivləri”
Mövzu üzrə ikinci panel müzakirəsi:
“Ali təhsil sistemində sahibkarlıq ekosistemi”
Mövzu üzrə üçüncü panel müzakirəsi:
“Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm”
12 aprel 2025
UNEC-in 95 illik yubileyinə həsr olunmuş “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I beynəlxalq elmi-praktiki konfransın tematik istiqamətləri
Təhsilin rəqəmsallaşması – iqtisadi inkişafın drayveri kimi
Sahibkarlıq təhsilinin rəqəmsal iqtisadiyyatın inkişafında rolu
Rəqəmsal iqtisadiyyat sistemində akademik sahibkarlıq modelləri
Rəqəmsal bacarıqların sahibkarlıq təhsilinin tədris proqramlarına inteqrasiyası
Gələcək sahibkarlar üçün rəqəmsal savadlılığın inkişafı
Sahibkarlıq təhsilini yaxşılaşdırmaq üçün onlayn platformalar və rəqəmsal alətlər
Süni intellektin sahibkarlıq təhsilinə təsiri
Müasir sahibkarlıq təhsilinin formalaşmasında rəqəmsal texnologiyaların rolu
Ölkələrin iqtisadi rəqabətqabiliyyətliliyinin təmin olunmasında “Sahibkar” peşəsinin yaranmasının zəruriliyi
“Sahibkar” peşəsi – cəmiyyətdə sahibkarların statusunun yüksəlməsində əsaslandırıcı faktor kimi
Sahibkarlıq universiteti: mahiyyəti və xüsusiyyətləri
Universitetlərdə sahibkarlıq ekosisteminin formalaşdırılması
Sahibkarlıq universitetləri – dövlət, təhsil və biznesin əməkdaşlığının nəticəsi kimi
Sahibkar universitetlərinin yaradılması təcrübəsi
Sahibkarlıq universitetlərinin və biznes məktəblərinin reytinqinin formalaşması
Sahibkarlıq universitetlərinin formalaşmasında biznes icmalarının rolu
Sahibkarlıq düşüncə tərzinin formalaşmasında universitetlərin rolu
Universitetlər sosial sahibkarlıq mərkəzləri kimi: imkanlar və çağırışlar
Sahibkarlıq ekosisteminin yaradılması: universitetlərin startapların dəstəklənməsində rolu
Universitetlərin nəzdindəki inkubatorlar: sahibkarlıq innovasiyalarının həlledici amili kimi
Sahibkarlıq universitetlərinin uğurunu ölçmək üçün KPI sistemləri
Sahibkarlıq universitetlərinin ənənəvi universitetlərdən əsas fərqləri
Sahibkarlıq haqqında elmin formalaşması
Sahibkarlıq təhsilinin paradiqmasının formalaşması: əsas anlayışların təkamülü və genezisi
Sahibkarlıq təhsilinin ölkə iqtisadiyyatının inkişafında rolu
Tələbələrin sahibkarlıq fəallığını formalaşdıran amillər
Sahibkarlıq təhsili və onun iş yerlərinin yaradılmasına təsiri
Qadın sahibkarların gələcəyin iqtisadiyyatının formalaşmasında rolu
Gənclərdə sahibkarlıq bacarıqlarının inkişafı: uğurlu iqtisadi artımın açarı kimi
Sahibkarlıq və dayanıqlı inkişaf: biznesin ətraf mühitin qorunmasına təsiri
Sahibkarlıq və inklüziv inkişaf: biznesin sosial bərabərsizliyin azaldılmasında rolu
Sahibkarlıq və biznes təhsili arasındakı əsas fərqlər
Sahibkarlıq və peşə təhsili üzrə standartlaşdırılmış tədris proqramlarının formalaşdırılmaslı
Sahibkarlıq təhsilinin effektivliyinin qiymətləndirilməsi üçün kompleks modellər
Sahibkarlıq elminin formalaşması üçün zəruri şərtlər
Sahibkarlıq təhsili institutları: dünyada onların inkişafı təcrübəsi
Sahibkarlıq təhsilinin əsas problemləri və inkişaf perspektivləri
Sahibkarlıq təhsilinə qlobal yanaşmalar: müqayisəli təhlil
Dövlət proqramlarının və təşəbbüslərinin sahibkarlıq təhsilinin dəstəklənməsində rolu
Rəqəmsallaşmanın müxtəlif ölkələrdə sahibkarlıq təhsilinə təsiri
Müxtəlif ölkələrdə sahibkarlıq təhsilinə yanaşmalara mədəni fərqliliklərin təsiri
Beynəlxalq startap ekosistemləri və onların sahibkarlıq təhsili ilə əlaqəsi
Universitetlərin və biznes məktəblərinin gələcək sahibkarların hazırlanmasında rolu: beynəlxalq təcrübə
Sahibkarlıq fəaliyyəti üçün tələbələrin hazırlanmasında qlobal meyllər: nəzəriyyədən təcrübəyə
Qlobal iqtisadiyyatın çağırışlarına cavab olaraq sahibkarlıq təhsilinin transformasiyası
Qloballaşma və onun sahibkarlıq imkanlarına və iqtisadi artıma təsiri