1985-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.
1991-2002-ci illərdə Beyləqan orta məktəbində təhsil almışdır.
2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini, 2006-2008-ci illərdə magistratura pilləsini bitirmişdir.
2011-2014-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani doktoranturasını bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
2007-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının saat-hesabı müəllimi işləmişdir. Daha sonra həmin kafedranın müəllimi olub. İqtisad üzrə fəlsəfə doktorudur.
20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat baş müəllimi vəzifəsinə keçirilib.
2007-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Hazırlıq Fakültəsində Magistraturaya hazırlığın təşkilində yaxından iştirak etmiş, bu sahədə TQDK-nın keçirdiyi magistraturaya qəbul imtahanının I mərhələsində məntiq, II mərhələsində MBA proqramı üzrə GMAT və riyaziyyat fənnlərini tədris etmişdir. Eyni zamanda test suallarının hazırlanmasında və TQDK-nın seminarlarında fəal iştirak etmişdir.
2014-cü ildən 2021-ci ilə kimi UNEC-in Hazırlıq şöbəsinin müdiri olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının baş müəllimidir (0,5).
10-dan artıq elmi əsəri Azərbaycanda, Rusiyada, Gürcüstanda nəşr olunmuşdur.