UNEC-də tədrisin dünya təhsil standartlarına uyğunlaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Ali təhsilin bakalavr pilləsində təhsil alan III kurs tələbələrinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənmələri zəruri hesab edilir.
UNEC respublikamızda yeganə ali məktəbdir ki, onun tələbələri bir neçə illərdir xarici ölkədə yay istehsalat təcrübəsi keçirlər. Bu ənənə bu tədris ilində də davam etdirilmişdir.
Rusiya Federasiyasının Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq fililalı ilə bağlanılmış müqaviləyə, Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq fililalı ilə razılaşmaya görə UNEC-in əyani şöbəsinin III kurs tələbələri yay istehsalat təcrübəsi keçmələri uçun Sankt Peterburq şəhərinə yola duşmuşlər .
UNEC-in Beynəlxalq əlaqələr departamenti, Təcrübə və işədüzəltmə şöbəsi, Maliyə və mühasibat, Biznes-inzibatçılığı, İqtisadiyyat və sənaye, Kommersiya fakültələrinin tərkibində olan ixtisas kafedralari elmi təfəkkürü olan və verilən tapşırıqları vaxtında yerinə yetirə bilən ən layiqli tələbələr haqqında təqdimatla müraciət etmişlər.
UNEC-in rektorunun muvafiq əmri ilə Tələbələrin yerləşdirilməsi, Rusiya Federasiyası Miqrasiya xidmətində qeydiyyata alınması və banklarda gündəlik nəzarəti həyata keçirmək məqsədilə Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyası və Azərbayjan Respublikasının iqtisad elmləri doktoru Sadıqov Elnur Məhəmməd oğlu təcrübə rəhbəri təyin edilmişdir .