Satınalmalar üzrə Dövlət Agentliyi ADİU tələbələrinə növbəti təlim keçir

11 MART 2015 | VIEWS:

Martın 10-da Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) tələbələrinə növbəti təlim keçib. Təlim universitetin Biznes inzibatçılığı və İnformatika və idarəetmə fakültələrinin tələbələri üçün keçirilib.

ADİU ilə  Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi arasında ikitərəfli danışıqlara əsasən, tələbələrin satınalmalar sahəsində biliklərinin artırılması, həmçinin universitetdə satınalma mütəxəssislərinin yetişdirilməsi məqsədilə agentliyin mütəxəssisləri tələbələrə təlimlər keçəcək. Təlimdə dövlət satınalmalarının planlaşdırılması, satınalma metodları və onların tətbiqi şərtləri, texniki spesifikasiyaların hazırlanması və satınalma müqavilələrinin bağlanması haqqında məlumatlar veriləcək. Təlimlərə universitetin bütün fakültələrindən olan bir qrup tələbə cəlb ediləcək.

Sonda iştirakçılara sertfikatlar təqdim olunacaq.

Qeyd: Təlimlər martın 13-dək davam edəcək.