Elsevier şirkətinin ScienceDirect platformasında fizika elmləri və mühəndislik, bio və təbiət elmləri, sosial və humanitar elmlərinə aid müxtəlif nəşrlər (kitablar, jurnallar və s.) yer almaqdadır.
Hazırda 15 milyondan çox tədqiqatçı bu platformadan istifadə edərək apardıqları tədqiqat sahələrinə və açar sözlərinə uyğun nəşrləri axtarır və yükləyir.
Bu il ScienceDirect American Chemical Society, the Royal Society of Chemistry, Taylor & Francis and Wiley nəşriyyatları ilə 6 aylıq pilot layihəsi həyata keçirəcək.
Pilot layihəsi çərçivəsində tədqiqatçılar ScienceDirect platformasına daxil olaraq, bu nəşriyyatların 35 jurnalında 70 000-dən çox elmi əsərlərini axtarıb və nəzərdən keçirə biləcəklər. Bununla yanaşı, tədqiqatçılar aşağıdakı linklərə keçid edərək, yüklənməyə icazəsi olan elmi nəşrlər ilə yaxından tanış ola və elmi əsərlərində onlara istiad edə bilərlər:
Open Access 1126 jurnal və kitab – https://www.sciencedirect.com/browse/journals-and-books?accessType=openAccess
Open Access və Hybrid 3490 jurnal- https://www.sciencedirect.com/browse/journals-and-books?accessType=openAccess&accessType=containsOpenAccess
Tədqiqatçılar linklərdən “Refine publications by” hissəsinə daxil olaraq, elmi istiqamətlərini seçərək, burada təqdim olunan nəşrlərin məqalələrini yükləyə bilərlər.