Elsevier şirkəti tərəfindən yaradılmış Scopus nüfuzlu elmi nəşr platformasında UNEC-ə mənsub olan 297 müəllif profili mövcuddur. Ümumilikdə bu günədək Scopus profilində UNEC-in 662 elmi əsəri (bir neçə müəllifi olan məqalələr) yer alıb. Müəllifə görə təhlil aparılarsa, hazırda 1262 elmi əsər (tək müəllifli olan məqalə) UNEC nümayəndələri tərəfindən yazılmışdır.
Hazırda UNEC-də 17 kafedra fəaliyyət göstərməkdədir. 15 kafedranın professor-müəllim heyətinin həmin bazada 209 müəllif profili mövcuddur. Bazadakı 1262 elmi əsərin 74%-i (928 elmi əsər) UNEC-də hazırda fəaliyyət göstərən elmi-pedaqoji heyətin payına düşür.
UNEC-in Elmmetrika şöbəsi tərəfindən kafedraların qeyd olunan göstərici üzrə reytinqi hazırlanıb. Reytinq üzrə Mühəndislik və tətbiqi elmlər kafedrası 45%-lə elmi əsərlərin sayına görə liderdir.
Ümumilikdə kafedralar üzrə göstəricilər aşağıdakı şəkildədir:
3.İqtisadiyyat və işlətmə-18 müəllif profili, 71 elmi əsər
4.Rəqəmsal texnologiyalar və tətbiqi informatika-15 müəllif profili, 66 elmi əsər
5.İqtisadiyyat-12 müəllif profili, 58 elmi əsər
6.Beynəlxalq iqtisadiyyat və biznes-10 müəllif profili, 56 elmi əsər
7.Tətbiqi iqtisadiyyat-26 müəllif profili, 54 elmi əsər
8.İqtisadiyyat və texnoloji elmlər-16 müəllif profili, 44 elmi əsər
9.Biznesin idarə edilməsi-6 müəllif profili, 23 elmi əsər
10.Maliyyə və audit-13 müəllif profili, 22 elmi əsər
11.Biznes və logistika-10 müəllif profili, 19 elmi əsər
12.İctimai idarəetmə və sosial innovasiyalar-5 müəllif profili, 13 elmi əsər
13.Humanitar fənlər-4 müəllif profili, 7 elmi əsər
14.Dizayn-3 müəllif profili, 4 elmi əsər
15.Xarici dillər-2 müəllif profili, 3 elmi əsər
İndekslənən elmi əsərlərin (bir elmi əsər bir neçə elmi istiqamətə aid oluna bilər) elmi istiqamətləri aşağıdakı kimidir:
Biznes, menecment və mühasibat – 132 əsər
İqtisadiyyat, ekonometrika və maliyyə – 123
Mühəndislik – 99
Kompyuter elmləri – 90
Sosial elmlər – 89
Enerji – 80
Ətraf mühit – 73
Riyaziyyat – 66
Kənd təsərrüfatı və biologiya elmləri – 57
Material elmləri – 41
Fizika və astronomiya- 31
Kimya – 30
Yer və planet elmləri- 28
İncəsənət və humanitar elmlər- 15
Kimya mühəndisliyi – 13
Biokimya, genetika və molekulyar biologiya- 9
Multidisiplinar elmlər – 6
Tibb – 5
Əczaçılıq- 3
Siyahida (bura qoşmanı elave edərdiniz) Orcid qeydləri olmayan nümayəndələrə Scopus profillərini ORCID qeydləri ilə əlaqələndirilməsi tövsiyə olunur.
shttps://news.unec.edu.az/xeber/100-elm/9324-scopus-elmi-neshr-platformasinda-unec-e-mensub-662-elmi-eser-indekslenmishdir-kafedralar-uzre-reyting