“SEFCO Consulting Group”un rəhbəri UNEC tələbələrinə təlim keçib

06 OKTYABR 2016 | VIEWS:
3723

Oktyabrın 5-də “SEFCO Consultinq Group” şirkətinin rəhbəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin tələbələrinə “Azərbaycanda inkişaf edən biznesin keyfiyyətli idarəetmə sistemi” mövzusunda təlim keçirilib.

Təlimdə şirkətin təsisçisi və direktoru Elmir Səfərli tələbələrə şirkətin gəlirlərinin artırılmasına təsir edən doğru və keyfiyyətli idarəetmə sistemi olan planlama, koordinasiya, kontrol barədə məlumat verib. Zaman idarəetməsi və yaşıl marketinq idarəedilməsi sistemlərinin tədbiqi və nəticələrindən danışıb.

Sonra “Biznesin idarə edilməsi” kafedrasının müdiri dos. Məhəmməd Əliyev cari idarəetmənin beynəlxalq idarəetmə formalarına inteqrasiyası barədə tələbələri məlumatlandırıb.

Biznes və menecment fakültəsinin dekanı dos. Mirağa Əhmədov təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Mütəxəssislər tərəfindən keçirilən təlimlərin tələbələrin biznes sahəsində praktiki biliklərinin artırılmasında vacib rol oynadığını vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd: “SEFCO Consulting Group” 2011-ci ildə Türkiyədə təsis olunub. İtaliya, Ukrayna, Sloveniya, Gürcüstan və bir sıra başqa ölkələrdə xüsusi akademik təlimlər keçirən “SEFCO Consulting Group” bir sıra ictimai, iqtisadi və sosial layihələrin təşkilatçısıdır. Bununla yanaşı, şirkət 2014-cü ildən Azərbaycanda da fəaliyyət göstərməyə başlayıb. Şirkətin məqsədi akademik, elmi və beynəlxalq səviyyədə qəbul olunmuş standartların yerli səviyyədə tətbiqi və bu çərçivədə maarifləndirici layihələrin, təlimlərin həyata keçirilməsidir.

3724 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser