Şəxsi inkişaf üçün “Coursera for Campus” layihəsindən yararlanın!

27 YANVAR 2021 | VIEWS:
138

“Coursera for Campus” proqramının ikinci dəstək layihəsində UNEC-ə 35.800 lisenziya verildi.

“Coursera” şirkəti tərəfindən həyata keçirilən proqramın məqsədi koronavirusdan təsirlənmiş ölkələrdəki təhsil müəssisələrinə təlim-tədris dəstəyi göstərmək, tələbələrin karyeralarına töhfə qazandırmaqdır. Proqram çərçivəsində UNEC tələbələri dünyanın aparıcı 18 universitet və şirkətinin 400 ixtisas üzrə 4262 online kurslarına qatıla biləcək.

İkinci “Coursera for Campus” layihəsində hər müraciətçiyə 1 lisenziya verilir və 1 il ərzində istənilən 1 kurs üzrə ödənişsiz sertifikat almağa imkan yaradılır. Əldə olunan sertifikatlar tələbələrin şəxsi inkişafı üçün nəzərdə tutulur, fəndən azadolma üçün qəbul edilmir.

Xatırladaq ki, “Coursera for Campus” proqramının birinci mərhələsinə UNEC ötən il ilin martında qoşuldu və həmin mərhələdə tələbələr 5000 lisenziyadan faydalandılar.

İlk proqram çərçivəsində UNEC tələbələri 952 adda kurs üzrə 216520 dərs mövzusu dinləyiblər. Ümumilikdə isə, 2099 tələbə kursu uğurla tamamlayaraq, 6051 sertifikat qazanmışdı.

Coursera for Campus proqramına müraciət etmək üçün qeydiyyatdan keçməyə tələsin:

QEYDIYYAT

*

https://news.unec.edu.az/xeber/100-elm/7107-bold-shexsi-inkishaf-uchun-coursera-for-campus-layihesinden-yararlanin-bold

139 2