17 aprel 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin
Plan-iqtisad fakültəsini bitirmişdir.
1999-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət və qiymətləndirmə» kafedrasının dissertantıdır.
1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibatlığında işləmişdir.
2000-ci ildən İqtisad Universitetində baş laborant işləyib.
2002-ci ildən «Qiymət və qiymətləndirmə» kafedrasında müəllim vəzifəsində işləyib. Hazırda “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müəllimi olub.
Hazırda UNEC-in “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının baş müəllimidir.
«Yeni iqtisadi şəraitdə kənd təsərrüfatında iqtisadi mənafelərin tənzimlənməsində qiymət amili» mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.
Ailəlidir, iki övladı var.
Elmi əsərlər (hiperlinkli əlavələr)