1990-cı il noyabr ayının 8-də Balakən rayonunda anadan olmuşdur.
1997-2008-ci illərdə Texniki-Humanitar Təmayüllü liseydə orta təhsil almışdır.
2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsində “Marketinq” ixtisası üzrə bakalavr təhsili almışdır.
2014-2016-cı illərdə Azərbaycan Universitetində “MBA proqramı üzrə xidmət sahələrinin muhasibat uçotu və auditi” üzrə magist təhsili almışdır.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi kafedrasına “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olmuşdur.
***
2014-2021-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mühəndis-iqtisadçı vəzifəsidə işləmişdir.
2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim vəzifəsində çalışır.
Milli iqtisadiyyatın aktual problemlərinə aid yerli və beynəlxalq jurnallarda çap edilmiş 25 məqalə və tezisin müəllifidir.
Tədris etdiyi fənnlər: Bakalavr pilləsində “Marketinq” ,”İstehsal sahələrinin marketinqi”
Evlidir. 2 övladı var.