Tələbə biletimi necə əldə edə bilərəm?

UNEC-ə qəbul olunanlara tələbə biletləri dərs başlanan gün – sentyabrın 15-də fakültə nümayəndələri tərəfindən verilir. Tələbə biletini yararsız hala salan, eləcə də hər hansı bir digər səbəbdən təkrar və ya yenisini almaq istəyən tələbə öz fakültə dekanlığına  müraciət etməlidir. Onu itirən tələbə isə bu barədə respublika qəzetlərindən birində elan verdikdən sonra öz fakültə dekanlığına  müraciət etməlidir.