Karyera Mərkəzi tərəfindən Azərsun Holdinqin iştirakı ilə karyera günü keçiriləcəkdir. Tədbirdə Holdinqin İşə Qəbul şöbəsinin mütəxəssisləri tərəfindən iştirakçılara şirkətdəki mövcud vakansiyalar və karyera imkanları haqqında geniş məlumat veriləcəkdir. Bundan başqa holdinqin mütəxəssisləri tərəfindən müsahibəyə gedərkən davranış qaydaları, ən doğru CV yazılma üsulları göstəriləcək və namizədin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər veriləcəkdir.
Tədbirin keçirilmə tarixi və vaxtı: 22 oktyabr 2015, saat 15.00
Yer: UNEC-in 1 saylı tədris binası, 305 saylı auditoriya
ONLİNE QEYDİYYAT: http://goo.gl/forms/eRt40hsJB1