Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu TEMPUS Layihəsinin (UNIVIA) tədbirlər planı çərçivəsində layihə tərəfdaşı olan Tacikistanın Kujand Dövlət Universitetində (TKDU) monitorinq keçirilib.
“Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS Layihəsinin (UNIVIA) monitorinqində UNEC-in əməkdaşı Turan Süleymanov iştirak edib. Monitorinq zamanı Tacikistan universitetinin beynəlxalq əlaqələr üzrə məsul əməkdaşları ilə görüşlər keçirib, TEMPUS layihəsinin icra vəziyyəti müzakirə olunub və layihə çərçivəsində həyata keçiriləcək növbəti tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəfdaş universitetlər arasında ikitərəfli əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. TKDU-nun rektoru və Tacikistan Təhsil və Elm Nazirliyinin nümayəndəsi ilə layihə çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.