05 fevral 1948-ci ildə Salyan şəhərində anadan olmuşdur.
1965-1970-ci illərdə M.Əzizbəyov adına Neft və Kimya İnstitunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Avtomatika və Telemexanika fakültəsinin Mühəndis-elektrik ixtisasını bitirmişdir.
1970-1986-cı illərdə Sumqayıt şəhərində “Neft kimya avtomat” elmi tədqiqat institunda elmi işlə məşğul olmuş, Azərbaycan Neft və Kimya İnstitunda ”İdarəetmənin avtomatlaşdırılması” kafedrasında kafedra müdri vəzifəsində işləmişdir.
1986-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə institunda professor vəzifəsində işləmişdir.
36 dərslik və dərs vəsaiti, 21 metodik göstəriş, 2 broşur, 4 müəlliflik şəhadətnaməsi və 44 elmi məqalə yazmışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının, 2018-ci ildən “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosentidir.
Ailəlidir, iki övladı, nəvələri var.