18 iyun 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1986-cı ildə Bakı Yeyinti Sənaye Texnikumunun Qənnadı məmulatlarının istehsalı şöbəsinə daxil olmuş və 1990-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Konservləşdirmənin Texnologiyası fakültəsinə daxil olmuşdur. 1992-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmiş və 1996-cı ildə Yüksək ixtisaslı əmtəəşünas ixtisasını almışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı» kafedrasının assistenti və baş müəllim vəzifəsində çalışıb. 2003-cü ildə namizədlik dissertasiya işini yerinə yetirmiş və Rusiya Dövlət Ticarət-İqtisad Universitetinin doktorluq şurasında müvəffəqiyyətlə müdafiə etmişdir. Texnika elmləri namizədidir.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının ekspertizası» kafedrasının dosentidir.
20-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiya, 1 dərsliyin, 1 dərs vəsaiti və 2 proqramın müəllifidir.
Ailəlidir, iki övladı var.
*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI