Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Texnologiya və Dizayn fakultəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
İntellekt yarışında 13 qrup öz komandası ilə fakültə çempionluğu uğrunda mübarizəyə qoşulub. Gərgin keçən mübarizənin sonunda 574-cü qrup tələbələri I yeri qazanaraq fakültə çempionluğuna yiyələniblər. II yerə 770-ci, III yerə isə 576-cü qrupun tələbələri layiq görülüblər.
Qaliblərə diplom və “Ali&Nino” kitab mağazasından hədiyyə kuponu təqdim edilib. II və III yerin qalibləri isə diplomlarla təltif olunublar.