Tədbirdə fakültə dekanı Yusif Əliyev çıxış edərək, yaşıl dünya naminə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Qlobal istiləşmələrdən söz açan dekan son dövrlərdə dünya istiliyinin 1.2 dərəcə artdığını, iqlim dəyişikliyi ilə mübarizədə xüsusən istixana qazlarının azaldılmasının vacibliyini diqqətə çatdırıb. Azərbaycanın bu məsələyə ciddi yanaşdığını və beynəlxalq səviyyədə mühüm addımlar atdığını vurğulayan Yusif Əliyev 2024-cü ildə ölkəmizdə keçiriləcək COP-29 tədbirindən də söz açıb. O, tədbirin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki qətiyyətini və beynəlxalq arenadakı mövqeyini nümayiş etdirəcəyini deyib.
Sonra fakültənin müəllimi Qurban Qurbanov təqdimatla çıxış edərək, COP-29 tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən, eləcə də ekosistemə, yaşıl dünyaya qazandıracağı töhfələrdən söz açıb.
Fakültənin tələbəsi Afət Rəhimova iqlim dəyişikliyi və ekoloji problemlər haqqında öz fikirlərini bölüşdükdən sonra tədbir müzakirələrlər davam edib.