Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Prof.Dr. Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.
UNEC rektoru prof. Ədalət Muradovla görüşdə Prof.Dr. Alptekin Yasiminə universitetin tədris prosesi, elektron universitet modeli, diferensial əmək haqqı sistemi (DƏHS), imtahanların keçirilməsi və tələbə biliyinin qiymətləndirilməsi, beynəlxalq əlaqələr və s. barədə məlumat verilib.
Türkiyəli qonaqlar UNEC-in DƏHS-ni, tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeni yanaşmanı yüksək qiymətləndiriblər.
Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub, yeni doktorantura təhsili modelinin reallaşdırılmasına dair razılıq əldə edilib. Sonra hər iki universitet rektoru əməkdaşlıq memorandumunu imzalayıb.
Səfər çərçivəsində türkiyəli qonaqlar UNEC-in tələbə və məzunlarının xatirəsinə ucaldılmış Şəhidlər Kompleksini də ziyarət ediblər.